Azərbaycan və Ermənistan rəsmiləri bu gün sülh haqqında danışıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan ilə sülh sazişi imzalamaq və Türkiyə ilə münasibətlərin normallaşdırılması hökümətinin planları arasındadır.
Bu barədə“Qərb Xəbər” bildirir ki, Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov da yerli mediaya açıqlamasında sülh barədə müsbət danışıb:
“Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”- cənab Məmmədov bildirib.
İ.Babayeva