Photo 5298543511051825965 y
Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə
Photo 5294453100163233178 y
Xəyal Qarayevdən tövsiyələr – Arıxananın köçə hazırlanması
Photo 5294218749567694401 y
Novella Cəfəroğlu -Qadınların dövlət vəzifələrinə az təyin olunması məni narahat edir
250513 marco rubio ac 956p 007aa1
Biz elə tədbirlər görəcəyik ki, həmin hökumət bunun bədəlini ödəsin
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ermənistan “Aşqabad Sazişi”nə niyə qoşuldu

2 həftə ago
A A
Indir 2025 05 08t141142.047

Ermənistan İran, Oman, Qətr, Türkmənistan və Özbəkistan arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişə (Aşqabad Sazişi) qoşulub.

Qerbxeber.com Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında verilib.

Sazişə qoşulmaqla bağlı əsasnamədə qeyd olunur ki, bu, üzv dövlətlərin ərazisindən yük və sərnişinlərin daşınmasına, tranzit üçün etibarlı şəraitin yaradılmasına, multimodel daşımaların asanlaşdırılmasına, nəqliyyat xərclərinin optimallaşdırılmasına, ölkənin tranzit rolunun artırılmasına, nəqliyyat təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

“Aşqabad Sazişinə qoşulmaq nəqliyyat dəhlizi vasitəsilə beynəlxalq bazarlara çıxışı, beynəlxalq daşımalar üçün tələb olunan tranzit sənədlərinin uyğunlaşdırılmasını, gömrük prosedurlarının asanlaşdırılmasını, üzv dövlətlərin nəqliyyat infrastrukturunun istifadə edilməsini təmin edəcək. Saziş “Sülh kəsişməsi” layihəsinin əsas prinsiplərinə uyğundur və regionda nəqliyyat əlaqələrinin, eləcə də iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”, – əsasnamədə qeyd olunur.

Aşqabad Sazişi 2016-cı ildə qüvvəyə minib. Bu müqavilə ilk olaraq, 2011-ci ildə İran, Oman, Qətər, Türkmənistan və Özbəkistan tərəfindən imzalanıb. Lakin Qətər 2013-cü ildə sazişdən çıxıb. Qazaxıstan həmin il üzvlük üçün müraciət edib, 2015-ci ildə bu müraciəti təsdiqlənib. Saziş hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran, Hindistan, Pakistan və Omanı əhatə edir. Sazişin məqsədi Avrasiyada nəqliyyat əlaqələrini təkmilləşdirmək və regionu digər nəqliyyat dəhlizləri, o cümlədən, “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə sinxronlaşdırmaqdır.

Ermənistanın bu sazişə qoşulmasında məqsəd yeni bazarlara çıxış əldə etmək və “sülh kəsişməsi” layihəsini Avrasiyanın nəqliyyat şəbəkəsinə daxil etməkdir. Rəsmi İrəvan ümid edir ki, Cənubi Qafqazda kommunikasiyanın açılmasında irəli sürdüyü “sülh kəsişməsi” layihəsi qəbul ediləcəksə, Zəngəzur dəhlizinin açılması arxa plana keçəcək.

Azərbaycan Aşqabad Sazişinə qoşulmayıb, lakin bu o demək deyil ki, sazişə qoşulan Ermənistanın Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq cəhdlərinin perspektivi güclüdür. Çünki Azərbaycan Körfəz və Mərkəzi Asiya Əməkdaşlıq Şurasında fəxri qonaq kimi iştirak edir və bu regionun ölkələri Avrasiyanın nəqliyyat şəbəkəsində Bakının həlledici rolunu qəbul edirlər. Aşqabad Sazişinin əsas məqsədinin regional nəqliyyat dəhlizlərini “Şimal-Cənub” layihəsinə qoşmaq olması da Azərbaycanın Ermənistan qarşısında əlini gücləndirən məqamlardandır.

Son xəbərlər

Photo 5298543511051825965 y

Əliməmməd Nuriyev: Konstitusiyamızın 30 illik yubileyində hüquqi islahatlara ehtiyac var.1-ci hissə

23 May 2025
Indir 2025 05 23t163741.765

“Anadolu Ankası – 2025” təlimi başa çatıb – VİDEO

23 May 2025
Indir 2025 05 23t163443.398

İran-ABŞ danışıqları başlayıb

23 May 2025
Indir 2025 05 23t152152.141

Gürcüstana Aİ-ın nümayəndəliyinin üzvülərini ölkəyə girişinə icazə verilməyib

23 May 2025
Indir 2025 05 23t145940.615

9-cu siniflərin aprelin 13-də baş tutan buraxılış imtahanının nəticələri bu gün yekunlaşa bilər

23 May 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.