Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Ermənilər qırıcılarını Rusiyaya verdiklərini etiraf edirlər – Qərbi qəzəbləndirəcək addım (VİDEO)

1 ay ago
A A
ermeni qiricilari

Ermənistanın Rusiyaya Ukraynanın işğal edilməsinə dəstək üçün Su-30 qırıcı təyyarələrini göndərməsi fonunda Baş nazir Nikol Paşinyanın komandası susqun qaldığı halda hökumətə yaxın teleqram kanalları gerçəyin inkarından vaz keçərək onun qəbulunu ön plana çıxarıb. Rəylərdə “Ermənistan suveren ölkədir, təyyarələri Rusiyaya göndərib-göndərməmək öz işimizdir”, “Yanlış qərar deyil” fikirləri irəli sürülməyə başlayıb, Ukraynaya təcavüz məsələsi isə gözardı edilib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalı bəhs edib.

Rusiyaya verilən təyyarələri yerinə gizlincə Suriyadan gətirilən Su-30 qırıcılarının sübut kimi NATO nümayəndələrinə göstərməsi səbəbindən Nikol Paşinyan sosial şəbəkənin erməni seqmentində tənqid olunub. Sosial şəbəkədə “Ermənistan suveren ölkədir, heç kimə heç nə sübut etməli deyilik”, “Paşinyan zəiflik nümayiş etdirib”.

Bundan başqa, məsələ Rusiya və Ermənistanda gərginliyə yol açıb. Belə ki, “Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə Rusiyaya göndərilməsi xəbəri Ermənistanın kəşfiyyatının da zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb.

İndi isə dünya ictimaiyyətinin Ermənistanın Ukraynanın işğal edilməsində Rusiyaya verdiyi dəstəyə reaksiyasının necə olacağı diqqət mərkəzindədir.

Xatırladaq ki, Ermənistanın Rusiyaya döyüş təyyarəsi və pilotlarla dəstək verməsi xəbərini ilk dəfə “Haber Global” televiziya kanalı ictimailəşdirib. Ermənistan lideri Nikol Paşinyan əvvəlcə bu xəbəri təkzib etsə də, daha sonra “Haber Global”ın yayımladığı peyk görüntüləri onu səssiz qalmağa vadar edib. Beləliklə, Ermənistan bu hərəkəti ilə müharibənin tərəfi, işğalın isə şəriyinə çevrilib. Bundan əlavə, qırıcı təyyarələrinin ölkəni heç tərk etməməsi ab-havasını yaratmaq məqsədilə Ermənistan hökuməti təcili surətdə Suriyadan Su-30 təyyarələri gətirib və NATO nümayəndələrinə nümayiş etdirib.

Ermənistan hökuməti hələ də “Haber Global”ın ötən həftə paylaşdığı peyk görüntülərinə cavab verə bilməyib.


qerbxeber.com

Son xəbərlər

image11

Yuyucu tozlar kəskin bahalaşdı

16 May 2022
402c6c4d-19b4-32cd-a4f3-293f5ad56cf9_850

Şəmkirdə yanğın hadisəsi baş verib

16 May 2022
387076f4-e0aa-3f8c-ad0b-8bb0bda6f61d_850

İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon ayırdı

16 May 2022
d47cca3f4e764bc6f0bd995930da62ca

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Tovuz rayonunda vətəndaşları qəbul edəcək

16 May 2022
d2489a8c-7e21-3a91-bc06-297f34e36c4e_850

Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir”

16 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.