Ermənistanda tarix dərslikləri ilə bağlı qalmaqal və narazılıq sürətlə artır. Ekspertlər sözügedən dərsliyin proqramı və tərtibatına etiraz bildirir, yenidən ərsəyə gətirilməsini tələb edirlər.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ermənistan KİV-lərində məlumat yayılıb.
Kitablarda bir çox boşluqların və həqiqətə uyğun olmayan məlumatların yer aldığı iddia edilir.
Məlumata görə, ümumilikdə fənn dərslikləri adətən bir müəllif tərəfindən yazılır, kitablarda çox sayda boşluqlar var. Qeyd olunur ki, kitablarda bir çox fərziyyələrə yer verilib və bunlar mövcud həqiqət kimi təqdim olunub. Bir çox reallığa uyğun gəlməyən məlumatlar təqdim edilib.
Ermənistanın tarix elmləri doktoru Hayk Demoyan tarix dərsliklərinin yazılmasında ciddi səhvlərə yol verildiyini bildirib. O bunun üçün xüsusi redaksiya heyətinin yaradılmalı, müxtəlif dövrlər üzrə mütəxəssislərin dəvət edilməli olduğunu deyib. Lakin bunların heç birinin edilmədiyini, kitabların sadəcə bir nəfər tərəfindən ərsəyə gətirildiyini bildirib. Ermənistan mətbuatı çox sayta erməni tarixçinin dərsliklərə, xüsusilə 7-ci sinif tarix dərsliyinin tərtibatına etiraz etdiyini yazır.
Qeyd edək ki, bir neçə ay əvvəl dərc olunan və məktəblərə paylanan sözügedən dərslikdə verilən xəritədə Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq göstərilmişdi.
Globalinfo.az