Dünya

Erməni keşiş saxlanıldı,təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi

27 iyun / 22:09 1 dəq
Ermeni keshis
27 iyun / 22:09
Burada sizin reklamınız ola bilər

Ermənistanda Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İstintaq Komitəsinin İrəvandakı binasına gəlib və onun artıq saxlanılması barədə qərar qəbul edilib.

Bu barədə Ermənistanın yerli xəbər portalları hadisə yerindən görüntüləri yayımlayıblar.

Arxiyepiskop ora Eçmiədzinin taxtından gəlib, təhlükəsizlik qüvvələrinin əməkdaşları onu konstitusiya quruluşunun devrilməsinə açıq çağırış ittihamı ilə səhər saatlarında saxlamağa çalışıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları dərhal arxiyepiskopu İstintaq Komitəsinin binasına aparıblar. Binanın yaxınlığındakı bütün küçə və ona bitişik həyətlər polis tərəfindən mühasirəyə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı