Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrildi”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, yepiskop Baqrat Qdaalstanyan Əksiparada çıxışı zamanı deyib.Yepiskop, Müqəddəs Məryəmin anım günü – ibadət zamanı sərhəd kəndinin sakinlərinə müraciətində belə revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.
Keşiş iddia edib ki, sərhəddə yerləşən məbəd Allahın himayəsinə şəhadət verir, həm də həyatımızın dirilməsinin simvoludur.
“Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır. Həyatımız burada başlayır, amma burada bitmir. O, dirilmə yolunda sınaqlardan keçəcək”, – erməni keşiş sərsəmləməkdə davam edib.
Mənbə: musavat.com