Erməni hərbçi Tavuşda – Azərbaycanla şərti sərhəddə minaya düşüb.
Bu barədə Ermənistan mediası xəbər verib.
Bildirilir ki, hadisə gecə saatlarında baş verib.
Partlayışdan sonra o, İcevan Tibb Mərkəzinə çatdırılıb. İlkin məlumata görə, onun hər iki ayağı amputasiya edilib.