“Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.
Ermənistan mediasının məlumatına görə, bunu parlamentdə brifinq zamanı hakim “Vətəndaş sazişi” fraksiyasının katibi Artur Ovannisyan bildirib.
O, Ermənistan tərəfinin bunun üçün hər şeyi edəcəyini vurğulayıb.
Onun fraksiyadan həmkarı deputat Gevorq Papoyan isə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində qarşıda çətin diplomatik iş dayandığını deyib.