Elm və təhsil naziri Emin Əmrullayev əməkhaqqı artırılandan sonra direktor olmaq istəyənlərin sayının artdığını bildirib.
“Qərb Xəbər” məlumat verir ki, nazir bunu Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
O qeyd edib ki, bu gün 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır.
“Əvvəl kimsə direktor olmağa maraq göstərmirdi, amma əməkhaqqı artımından sonra istək çoxalıb. 2 691 direktor müavini 1 350 manat orta aylıq əməkhaqqı alır”, – nazir deyib.