Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.
Bu barədə “Qərb Xəbər” Elm və Təhsil Nazirliyinə istinadən bildirir.
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” – nazirliyin məlumatında qeyd olunub.