İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və saxlanılan digər şəxslər 4 gün polis nəzarəti altında qalacaq.
Qerbxeber.com-un verdiyi xəbərə görə, bu barədə CNN TÜRK məlumat yayıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb.
Ümumilikdə 100-dən artıq şəxsin saxlanıldığı bildirilir. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan iki istintaq çərçivəsində İmamoğlu və digər şübhəlilər PKK ilə ortaq fəaliyyət, PKK üzvlərini işə yerləşdirmək, korrupsiya və rüşvət cinayətlərində təqsirləndirilir.