15 iyul 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Qazax şəhərində yerləşən Gənclər Mərkəzində vətəndaşları qəbul edib.
“Qərb Xəbər” bildirir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, hidrometeorologiya, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.