Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Dünyanı fəth edən “Oskar”ı almış BAKILI AİLƏ – Neft milyonlarına bürünən şan-şöhrət imperiyası …TARİXİ ARAŞDIRMA (FOTOLAR)

10 ay ago
A A
jacques-and-simon-schiffrin-hafiztimes-1

Bakının qara qızılının milyonlarına bürünən şan-şöhrətli neft maqnatı…

 

HafizTimes.com Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Bakı nefti ilə zəngin olan, dünyanı fəth edən milyonçu Şiffrinlər ailəsinin köklərini, varislərini araşdırıb. 

“Qərb Xəbər” həmin tarixi və önəmli araşdırmanı sizə təqdim edir:

 

“Uzaq bir ölkədə Bakı neftinin qoxusunu duyan bir tacir həyat yoldaşını da tez yanına alıb məsafələr qət edərək milyonçular yetişdirən Xəzərin sahilinə – Azərbaycana gəlir. Bu adi tacir də bir müddət sonra Bakının qara qızılının milyonlarına bürünüb şan-şöhrətli bir neft maqnatına çevrilir. Doğub-törəyirlər, artırlar. Bakı  neftinin milyonçuya çevridiyi bu ailəni oktyabr ilqilabının dalğaları pərən-pərən salır. Fransa sahillərinə yan almalı olan bu ailənin fərdləri dünyanı fəth etməyə, tarix yazmağa başlayırlar. Qəfildən əsən müharibə rüzgarı Şiffrinlər ailəsini Amerika sahillərinə vurur. Yəhudi qanı daşıdıqlarına görə daimi təzYiqlərə məruz qalan Şiffrinlər ailəsi öz uğurları ilə dünya tarixinə həkk olunurlar”.

 

2

HafizTimes.com Bakıda doğulub-böyüyən yəhudi-rus əsilli məşhur Şiffrin qardaşlarının həyatını araşdırıb. Uzun müddət davam edən axtarışlarımız nəticəsində Şiffrinlərin həyatı, mübarizələri, uğurları ilə bağlı önəmli fatkları üzə çıxardıq. Şiffrin qardaşlarının uğurlu varislərini də tapıb həmsöhbət olmağa çalışdıq. Hazırda dünyanın hər yerində ən yüksək vəzifələrdə çalışan Şiffrinlərin məşhur varisləri HafizTimes.com-a eksklüziv açıqlamlarında ilk dəfə olaraq ailə kökləri, baba yurdları olan Azərbaycanla bağlı fikirlərini ifadə ediblər.

 

3

 “Simon Şiffrin Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb”.

Simon Şiffrin – Məşhur film istehsalçısı, rejissor, film produseri. 1894-cü ilin 29 sentyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. Əsl adı Semyon Savelevich (Shevelevich) ,Şiffrin olub. Daha sonra adı Simon Şiffrin kimi təqdim edilib.

İlk fransız film istehsal şirkətinin təsisçisi – sahibi olub. Bu şirkət əvvəllər onun öz adını daşıyıb: “Les Films Simon Schiffrin”. Daha sonralar isə “Flags Films” adlandırılıb. Ömrünün  41 ilini kino sahəsinə  həsr edib.(1927 – 1967)

4

Şiffrinlər ailəsinin varisi, məşhur jurnalist Anya Şiffrin

 

Simon Şiffrin Bakıda zəngin bir yəhudi – rus ailəsində dünyaya gəlib. Atası Saveliy Lvoviç (Şevel Leyboviç) Şiffrin olub. İlk vaxtlar o, “mqlinski meşşan”, “1-ci gildiyanın taciri” olub.  Saveliy Lvoviç Şiffrin 1892-ci ildən etibarən Bakıda tanınmış milyonçu – neft maqnatına çevrilib. Şiffrin ailəsi 1917-ci ilin oktyabr inqilabına qədər Bakıda neft maqnatı kimi həyat sürüblər. O, həmçinin Bakıda sulfat – sement zavodlarının sahibi olub. Nobel qardaşları ilə yaxın münasibət qurub, əməkdaşlıq edib. Simon Şiffrinin anası Fedosya Aleksandrovna Shiffrin (Litvinov) Moskvada məşhur at yetişdirən Litvinovun qızı olub.

 

5

Simon Şiffrin – İlk fransız kino istehsalı şirkətinin rəhbəri

 

Simon Şiffringil ailədə 5 uşaq olub.  Yevgeni Şiffrin adlı bir bacıları olub. Yevgeni ailənin ən böyük övladı olub.  1890-cı ildə  Voronejdə anadan olub. 1905-1908 illərdə  Bakıda 2-ci qızlar gimnaziyasında təhsil alıb.

 

6

Simon Şiffrinin qardaşı Jacques Şiffrin

 

Jacques Schiffrin  –  1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1899-cu ildə Bakıda ailənin kiçik övladı Lev, 1900-cu ildə isə Aleksandr dünyaya gəlib. Onların həyatları barədə təəssüf ki, heç bir məlumat mövcud deyil.

 

7

Jacques Şiffrinin oğlu Andre Şiffrin

 

 

1-ci Dünya Müharibəsi zamanı Şiffrin ailəsi Bakını tərk edib Fransaya köçdülər, bir müddət orduda xidmət etdilər. İkinci Dünya müharibəsi başlayanda isə Simon və Jacques Şiffrin qardaşları ailələri ilə birlikdə ABŞ-a sığındılar. Ancaq müharibənin sonunda Simon Şiffrin Fransaya qayıtdı və Jaques isə həyatının sonuna qədər ABŞ-da yaşadı. 1960-cı illərdə və sonralar Simon Shiffrin bir neçə dəfə SSRİ -ni ziyarət edib.

 

8

Simon Şiffrin və Sofi Loren Moskvada festivalda

 

“Simon Şiffrin məşhur italyan kino-ulduzu Sofi Lorenlə birlikdə Moskvaya gəlib”

– Fransa kino istehsalı şirkətinin sahibi milyonçu Simon Şiffrin müharibədən sonra 1965-ci ildə SSRİ -yə yenidən səfər edir. Bu zaman o, məşhur italyan aktrisa Sofi Loreni müşayət edir. İtalyan aktrisa IV Beynəlxalq Moskva Film Festivalında iştirak edir. O,  Vittorio de Sicanın  “İtalyada nikah” adlı filmdəki roluna görə mükafatlandırılır.

 

9

Simon Şiffrin, Karlo Ponti, Sofi Loren

 

Simon Şiffrinlə yanaşı məşhur aktrisanı gələcək həyat yoldaşı film produseri Karlo Ponti də müşayət edib. Simon Şiffrin Sofi Lorenlə birlikdə Moskva küçələrində gəzib, insanlarla şəkillər çəkdiriblər. Milyonçu Simon Şiffrinin cazibədar Sofi Lorenə baxan zaman çəkilmiş şəkli uzun müddət müzakirə mövzusu olub. 

 

10

 

“Bakılı Simon Shiffrinə “Chagall” filminə görə “Oskar” təqdim olunur”

 -Simon Şiffrinin çəkdiyi “Chagall”(1963) filmi 1964-cü ildə Amerika Kino Akademiyasının “Ən yaxşı qısa sənədli film” kateqoriyasında – “Oskar” mükafatına layiq görülür. 36 dəqiqəlik fransız sənədli filmində rəssam və yazıçı Marc Chagall-ın həyat və fəaliyyətindən bəhs olunur.  İtaliyalı rejissor Lauro Venturi tərəfindən çəkilən filmdə Mark Chagall-ı canlı olaraq görə bilərsiniz. Təəssüf ki, 13 aprel 1964-cu ildə baş tutan “Oskar” mükafatının təqdim etmə mərasimində Simon Şiffrinin özü iştirak edə bilmir. Onun mükafatını Yosef Auerbaxın qəbul edir.

 

11

Simon Şiffrin və Sofi Loren Moskvada

 

Simon Şiffrin 22 iyul 1985-ci ildə Fransanın paytaxtı Paris şəhərində 90 yaşında dünyasını dəyişir.

 

12

Jacques (Jak) Schiffrin – Məşhur naşir, tərcüməçi, Bakı neft kralı Savely L. Şiffrininin oğlu,  Simon Şiffrinin isə qardaşıdır.

– Jak Şiffrinin də həyatı heç də asan keçməyib. O da bütün ömrü boyu köçkün həyatı yaşamalı olub. 1892-ci ilin 28 mart tarixində Bakı şəhərində anadan olub. 1917-ci ildə oktyabr inqilabı başlayanda Bakını tərk edib, ailəsi ilə birlikdə Parisə sığınır. Orada nəşriyyat sahəsi ilə məşğul olur. Müharibədən sonra Parisdə  özünə məxsus məşhur “Edicions de la Pleiade” nəşriyyatının əsasını qoyur. Görkəmli şəxsiyyətlərin, yazarların əsərlərini, klassik ədəbiyyat nümunələrini nəşr edir. Tez bir zamanda böyük şöhrət qazanır.

 

13

Şiffrin qardaşlarının nəticələri

 

Amma bir müddət sonra İkinci Dünya müharibəsi başlayır. Fransa faşistlərin istilasına məruz qalır. Həmçinin Fransada da yəhudi əsilli insanlar barəsində sərt tədbirlərin görülməsi ilə bağlı göstərişlər verilir. Yəhudi əsilli ailənin övladı olan Jaques Şiffrin də təziqlərə məruz qalır. Nəticədə o, bütün işini, mal-mülkünü atır və ailəsi ilə birlikdə Nyu-Yorka köçməli olur.

Cibində pulu olmayan J. Şiffrin Nyu-Yorkda iş axtarır, müxtəlif yerlərdə çalışmalı olur, çətinliklərlə üzləşir.

 

14

“Jacques Şiffrin Nyu-Yorkda məşhur “Pantheon Books”un əsasını qoyub”.

 – “Pantheon Books”da “Fransanın mübarizəsi” başlıqlı əsərlər nəşr etdirir. Tezliklə dünyanın ən məşhur yazarlarının əsərlərini nəşr edir. Böyük şöhrət qazanır. Dünya ədəbiyyatının təbliği, yayılması istiqamətində onun gördüyü işlər hər kəs tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlara baxmayaraq Jacques Şiffrin dəfələrlə Fransaya, öz köhnə nəşriyyatına,  dostlarının yanına  qayıtmaq istəyir. Amma təssüf ki, onun istəyi  baş tutmur.

 

15

Jacques Şiffrinin nəvəsi Jurnalist Anya Şiffrin

Jacques Şiffrinin vəfatından sonra 1961-ci ildə “Pantheon Books” nəhəng “Random House” tərəfindən satın alınır. Qeyd edək ki, bu gün “Pantheon Books” Amerikada heç kəsdən aslı olmayan müstəqil bir kitab nəşriyyat orqanıdır və “Knopf Doubleday” yayım qrupunun bir hissəsidir.

Qeyd edək ki, Jacques Şiffrin 1950-ci ildə Nyu-Yorkda vəfat edib və orada dəfn olunub.

 

16

Jacques Şiffrinin oğlu Andre Şiffrin

 

Andre Schiffrin – Məşhur amerikan yazar, naşir.  J. Şiffrinin yeganə oğludur.

– 1935-ci ilin 14 iyun tarixində Parisdə  dünyaya gəlib. Andre Şiffrin kommunizmə qarşı mübarizə aparan bir sosialist olub. O, Çexoslovakiyanın Sovetlər tərəfindən işğalına, Vyetnamda ABŞ müharibəsinə qarşı çıxıb. Andre Şiffrin Demokratik Cəmiyyət üçün tələbələr yetişdirməklə bağlı təşkilatın ilk qurucusu olub. Həmçinin A. Şiffrin dəyərli əsərləri Amerika xalqına təqdim etmək kimi məsuliyyətli bir vəzifəni də icra edib.

 

18

 

“Andre Şiffrin 28 il nəhəng “Pantheon Books”un yayım müdiri vəzifəsində çalışıb”.

 – 1990-ci ildə isə özünün yeni, heç bir maddi məqsəd güdməyən “New Press” nəşriyyatının əsasını qoyur. O, açıqlamasında bildirir ki, həmin illərdə iqtisadi maraqlara görə ciddi əsərlərin yayımlanmasına qarşı qadağalar tətbiq olunurdu. Məhz bu səbəbdən A. Şiffrin 28 il rəhbər vəzifədə çalışdığı, atasının təsis etdiyi “Pantheon Books”u tərk edir və heç bir iqtisadi aslılığı olmayan yeni bir nəşriyyat “New Press”i yaradır. 2011-ci ildə A. Şiffrin Fransa hökuməti tərəfindən “Légion d’honneur Chevalier” elan edilib.  2013-cü ilin dekabrın 1-də  Parisdə xərçəngdən dünyasını dəyişib.

 

19

Andre Şiffrinin qızı Natalya Şiffrin

Andre Şiffrinin iki qız övladı olub. Bir qızı məşhur jurnalist Anya Şiffrin iqtisadçı və Nobel mükafatı laureatı Jozef Stiglitz ilə evlidir. Digər qızı Natalya Şiffrin beynəlxalq dərəcəli hüquqşünas Philippe Sands ilə ailə həyatı qurub.

20

Anya Şiffrin və həyat yoldaşı Nobel mükafatlı iqtisadçı, yazıçı Cozef E. Stiglitz

 

HafizTimes.com çox çətinliklə də olsa, Bakılı Şiffrin qardaşlarının məşhur varislərini tapıb,  həmsöhbət olmağa çalışıb:

Anya Şiffrin – Kolumbiya Universitetinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Məktəbində (SIPA) Texnologiya, Media və Əlaqələr (TMaC) bölməsi üzrə direktor.  Beynəlxalq və İctimai Məsələlər Məktəbində müəllim. Amerikalı biznes jurnalisti. Barselonada “Reuters”in qurucusudur. Nyu-Yorkda “The Industry Standard”da maliyyə yazarı, Amsterdam və Hanoidə “Dow Jones Newswires”in büro şefidir. Kolumbiyadakı  Jurnalistika məktəktəbində biznes jurnalistliyi üzrə akademik işçidir. Reed  Kollecin məzundur.

Anya  Schiffrin həmçinin Açıq Cəmiyyət Fondunun Müstəqil Jurnalistika üzrə Proqramı, Qlobal İdarə Heyəti və Təbii Resursları İdarəetmə İnstitutu da daxil olmaqla, bir çox qurumlarda fəaliyyət göstərir. Anya Şiffirin 2004 -cü ildə Nyu-Yorkda Kolumbiya Universitetində dərs deyən Nobel mükafatlı iqtisadçı və yazıçı Cozef E. Stiglitzlə ailə həyatı qurub:

 

21

“Bizim ailəmizlə bağlı araşdırma apardığınıza görə, sizə dərindən təşəkkür edirəm. Mənim babam Jacques Şiffrinin Azərbaycanla bağlı xətirələri çox idi. Bəzən babam Azərbaycanla bağlı danışardı… Mən yaxşı xatırlamıram. Babam çox illər öncə vəfat edib. O,  Bakı şəhərində doğulub.  

Mən də şəxsən işimlə əlaqədar olaraq 3 dəfə Bakıda olmuşam. Atam da Bakıya səfər edib. Bakı çox gözəl bir şəhərdir”, – deyə Anya Şiffrin HafizTimes.com-a bildirib. 

 

22

Jacques Şiffrinin nəvəsi Natalya Şiffrin

Natalia Şiffrin – Məşhur vəkil. 1992-ci ildən bəri Nyu-York Vəkillər Kollegiyasının üzvüdür. İnsan Hüquqlarının Qorunması üzrə Mərkəzdə çalışır. Uşaqların qoruması ilə bağlı fəaliyyət göstərir. İngiltərədə Uşaqların Hüquqları Birliyində çalışıb. “London Multi-Agency Public Protection Arrangement”də strateji idarə heyətinin üzvü və hakimidir.

23

Natalya Şiffrinin həyat yoldaşı məşhur hüquqşünas Philippe Sands

 

Philippe Sands – “Matrix Chambers”də britaniya-fransalı hüquqşünas. Hüquq üzrə professor və London Universitet – Kollecində Beynəlxalq Məhkəmələr və Tribunallar Mərkəzinin direktorudur. Beynəlxalq hüquq üzrə mütəxəssisdir. O, həmçinin  Beynəlxalq Ədalət Məhkəməsində, Dəniz Hüquqları üzrə Beynəlxalq Tribunalda, Avropa Ədalət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəmlərində vəkil və məsləhətçi kim çıxış edir. P. Sands İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzdə (ICSID) və İdman üzrə Arbitraj Məhkəməsində (CAS) hakim panelində təmsil olunur. O, beynəlxalq hüquqa dair 16 kitabın müəllifidir. (“Lawless World” və “Torture Team”) . Onun “East West Street: On the Origins of Genocide and Crimes against Humanity” adlı kitabı çox saylı mükafatlara layiq görülüb. O cümlədən 2016-cı ildə “Baillie Gifford” mükafatına layiq görülüb. Phillpe Sands “English PEN”in prezidentidir. Şimali Londonda həyat yoldaşı və üç uşağı ilə yaşayır. Jacques Şiffrinin nəvəsi Natalya Şiffrinin həyat yoldaşıdır:

 

24

 

 

 

qərbxəbər.com

Son xəbərlər

İLHAM SİSİ

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28 Yanvar 2023
63d4d70472da263d4d70472da3167489306063d4d70472da063d4d70472da1

QHT-lər İranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

28 Yanvar 2023
e9f6bb1d-d8d8-48d7-8ed9-c673105164ef

Gürcüstan Azərbaycanlılar Konqresinin (GAK) sədri Hüseyin Yusifovla müsahibə (2-ci hissə)

28 Yanvar 2023
63d3cf8d0655563d3cf8d065561674825613a3fbef7772a69c2c23d881aa1e4d9295

Uşaqlarda ən çox aşkarlanan xəstəliklər açıqlanıb

28 Yanvar 2023
Narkomaniya

DİN: Ötən gün keçirilən əməliyyatlarda 10,2 kq narkotik aşkarlanıb

28 Yanvar 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.