ABŞ və Rusiya arasında genişmiqyaslı iqtisadi müharibə başlayarsa, Qərb ölkələri ağır böhrana düçar olacaqlar.
Qerbxeber.com xəbər verir ki, bunu ingiltərəli hərbi analitik Aleksandr Merkuris bildirib.
Onun fikrincə, bu, Qərb ölkələri üçün tam bir fəlakət olardı.
“Belə bir ssenaridə bütün dünya cəmiyyətin İkinci Dünya Müharibəsinin sonundan bəri görmədiyi miqyasda iqtisadi böhran yaşayacaq”, – deyə Merkuris qeyd edib.
Ekspert aydınlaşdırıb ki, əgər Vaşinqton Rusiya Federasiyasının tamhüquqlu iqtisadi blokadasına başlasa, o zaman Moskva Sovet İttifaqının təcrübəsinə əsaslanaraq belə təzyiqlərin öhdəsindən gələcək.