2020-ci ildən bəri yoxsulluq həddində yaşayan ukraynalıların sayı 1,8 milyon nəfər artıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters“ agentliyi Dünya Bankına istinadən məlumat yayıb.
Dünya Bankının Şərqi Avropa üzrə Regional Direktoru Arup Banerji deyir ki, əgər Ukrayna müəllimlər, həkimlər və əhalinin digər kateqoriyaları üçün qocalıq pensiyalarının və maaşlarının ödənilməsi üçün əhəmiyyətli xarici büdcə dəstəyi almasaydı, vəziyyət daha da pis olardı.
“Beynəlxalq tərəfdaşlar, xüsusən də ABŞ bu sosial xərclər üçün xüsusi olaraq ayrılmış resursları yönləndirməsəydi, daha üç milyon insan yoxsulluq içində olardı”-Banerji vurğulayıb.
Dünya Bankının hesabatında ötən il təxminən 9 milyon ukraynalının yoxsulluq içində yaşadığı bildirilir. Hazırda ölkənin ümumi əhalisinin təxminən 32 milyon nəfər olduğu təxmin edilir.
Analitiklərin bildirdiyinə görə, yoxsulluğun artması məşğulluğun azalması ilə bağlıdır, çünki müharibədən əvvəl işləyən yetkin əhalinin beşdə birindən çoxu işini itirib.