Elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsilinə dövlət tərəfindən 130 min dollar xərcləndiyini bildirib:
“Qərb Xəbər” məlumat verir ki, “ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışırlar. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir. Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir”.
Nazir bildirib ki, ölkədə təhsil almaq istəyənlərin sayı ən az 3 dəfə artıb:
“1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır, ən azından tələbənin bəzi bacarıqları formalaşır. Xaricdə təhsil üçün bir vətəndaşımıza bəzən 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu. Bu, olmasaydı, mən xaricdə təhsil ala bilməzdim. Mövcud resursları düzgün və optimal paylamalıyıq”.
İ.Babayeva