Gürcüstan parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsir” qanununa vetosunu ləğv etməsinin Gürcüstan üçün aydın nəticələri olacaq.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Amerikanın səsi”nə açıqlamasında bildirib.
O, qeyd edib ki, belə bir addımın atılması Gürcüstanın Avropa ölkələri ilə münasibətlərinə, həmçinin ölkənin Avro-Atlantik istəklərinə təsir edəcək.
Qeyd edək ki, parlamentin mayın 28-də prezidentin vetosunu ləğv etməsi gözlənilir.