Ağstafa

DİN Ağstafada baş verən insident barədə məlumat yayıb

16 iyun / 12:09 2 dəq
62aad25a91a2762aad25a91a281655362138822b03052aa500a3110d5223548524d1
16 iyun / 12:09
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyi Ağstafada baş verən insident barədə məlumat yayıb.

“Qərb Xəbər” bildirir ki, iyun ayının 7-də Ağstafa rayon Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in “102 Zəng Mərkəzi “Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib. Eyni zamanda müraciət edən şəxslərin qonşuları Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə hadisəyə səbəb N. Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həmin insident barədə sosial şəbəkədə görüntülər yayılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı