Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Balakən, Zaqatala və Qax şəhərlərində bu bölgələrin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.
Bu barədə Komitədən bildirilib.
Məlumata görə, DGK-nın sədri Səfər Mehdiyevin qəbulu Balakən şəhərində keçirilib. Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər, əsasən, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
DGK sədrinin I müavini İsmayıl Hüseynov Zaqatala şəhərində, digər müavini Əsgər Abdullayev isə Qax şəhərində vətəndaşları qəbul ediblər. Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.