Azərbaycanda il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alınır, bunun da çoxu qadın və məktəbyaşlı uşaqlardır.
“Qərb Xəbər” məlumat verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, intihar edən məktəblilərin əksəriyyəti məişət zorakılığı olan ailələrdə böyüyənlərdir: “Bir nümunə çəkim ki, ata və ana dalaşır, övladını isə o biri otağa salır ki, hadisəni görməsin. Bağlı qapı arxasında qalan 13 yaşlı qız isə dözməyib özünü aşağı atıb intihar etmişdi”.