“Gələn ilin sentyabrından avtomobillərin utilizasiyası məsələsinin həllini tapması gözlənilir. Çünki ölkəmizdəki avtomobillərin 80 %-nin istismar müddəti bitib”.
“Qərb Xəbər” məlumat verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, bu, kütləvi məsələ olduğundan ədalətli həll üçün mexanizm yaradılmalıdır.
V.İskəndərov eyni zamanda mərkəzdə yerləşən ali təhsil müəssisələrinin kənar ərazilərə köçürülməsi məsələsinə də toxunub: “Şəhərin mərkəzində tıxac əsas problemdir. Əsas əbəb də mərkəzdə universitet sayının çoxluğu və dövlət obyektlərinin paytaxtda yerləşməsidir. Gələn ilin büdcəsində həmin universitetlərin şəhər kənarına köçürülməsinə baxmalıyıq”.