Gəncə və ətraf rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.
Qerbxeber.com məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə rayonun Xoşbulaq kəndinə dolu düşüb.
Dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.