Bütün mövcud artilleriya sursatlarının və hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsini Münxen Təhlükəsizlik Konfransında Danimarkanın baş naziri Mette Fredriksen elan edib.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.
“Ukraynalılardan soruşsanız, onlar indi sursat istəyəcəklər. İndi artilleriya. Danimarka tərəfində biz bütün artilleriyamızı bağışlamağa qərar verdik”, – Fredriksen bildirib. O, aydınlaşdırıb ki, söhbət “hazırda lazım olmayan” sursat və hava hücumundan müdafiə sistemlərindən gedir.
Onun sözlərinə görə, silahların Ukraynaya bu cür təhvil verilməsi silah istehsalı ilə bağlı deyil.