Dünən axşam saatlarından başlayan aramsız yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında problemlər yaradıb.
“Qərb Xəbər”in məlumatına görə, Gədəbəy rayonunda leysan yağış selə səbəb olub, nəticədə təsərrüfata, əkin sahələrinə ziyan dəyib.
Şəmkirdə də leysan yağış bir neçə sakinin yaşadığı evin həyətinə dolub. Rayonun bəzi hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Bakı-Qazax avtomobil yolunun Gəncə, Şəmkir və Tovuz ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında da analoji vəziyyət qeydə alınıb.