“Qərb Xəbər”ə müraciət edən Vətən müharibəsi qazisi Məhəmməd Allahyarov sosial problemlərdən əziyyət çəkdiyini və maddi imkansızlıq səbəbindən müalicəsini davam etdirə bilmədiyini bildirib.
2019-cu ilin aprel ayında hərbi xidmətə yollanan qazi 2020-ci ilin 27 sentyabrında XTQ mənsubu olaraq döyüşlərə qatılır.
Tərtər Ağdərə istiqamətində gedən şiddətli döyüşlərə qatılan qazi döyüş zamanı kəllə-beyin travması almasına baxmayaraq döyüş meydanını tərk etmir və döyüşünü davam etdirir.
Xidməti dövründə qaraciyər seyrozuna (hepatit) yaxalanan qazi maddi imkansızlıq səbəbindən müalicə ala bilmir.
Müsahibimiz bildirir ki, müraciət etdiyi dövlət orqanlarından və şəhər xəstəxanasından isə onu özəl tibb mərkəzlərinə yönləndiriblər. Hazırda həkimlərin yazdığı dərman preparatlarını imkansızlıq səbəbindən ala bilmir.
Müsahibimiz bildirir ki, atası Bakir Allahyarov 4 ildən çoxdur yataq xəstəsi olduğu üçün gundəlik qida tələbatlarını anası Tərifə İbrahimova günəmuzd işləyərək ödəyir.
Ailə kanalımız vasitəsi ilə qazinin müalicəsinin davam etdirilməsi və xəstəlikdən qurtulması üçün ölkə rəhbərliyindən, aidiatı qrumlardan və imkanlı şəxslərdən yardım gözləyir.
Müəllif: Nihat Yusifov