Ukrayna cəbhədə irəliləyə bilmir.
Qerbxeber.com xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Jozeph Borrell) Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, cəbhədə çıxılmaz vəziyyət yaranıb: “Döyüşlər çox şiddətlidir. Lakin Ukraynanın ümid etdiyi sıçrayış baş vermədi. Rusiya isə böyük itkilər hesabına üstünlüyü ələ alır”.
C.Borrell vurğulayıb ki, Qərb güc balansını bərpa etməlidir: “Ukrayna qalib gəlməlidir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.