Çin, Danimarka, Fransa və Niderlandda uşaqlarda “Mycoplasma pneumoniae” bakteriyasının törətdiyi pnevmoniya halları artıb.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Ohayo ştatının bir mahalında da yoluxmada artım qeydə alınıb.
“Bu il ABŞ və Avropadakı digər illərdən daha pis ola bilər” deyə kanal bildirir.
Əvvəllər mikoplazma pnevmoniyasının yayılması Almaniyada qeydə alınıb.