Dünya

Camal Əmir: ABŞ Yəməndə quru əməliyyatına hazırlaşır

21 aprel / 08:54 1 dəq
Indir 2025 04 21t085247.761
21 aprel / 08:54
Burada sizin reklamınız ola bilər

“ABŞ Yəməndə quru əməliyyatına hazırlaşır və belə bir addım vəziyyəti tamamilə sabitsizləşdirmək təhlükəsi daşıyır.”

Qerbxeber.com xəbər verir ki, bunu Yəməndəki husilərə bağlı hökumətin xarici işlər naziri Camal Əmir deyib.

ABŞ-ın xüsusilə təmas zonaları və sahillərdəki hava hücumlarına diqqət çəkən Əmir, “Bu vəziyyət ABŞ-ın qurudan hərbi əməliyyata hazırlaşdığını və yandırılmış torpaq siyasəti yürütdüyünü göstərir”,- deyib

Bundan başqa o, vəziyyətin nəzarətdən çıxmaması üçün BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanladıqlarını deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı