Qerbxeber.com xəbər verir ki, o, bu qərarın deputat Muneo Suzukinin Moskvaya səfəri ilə bağlı verildiyinə aydınlıq gətirib.
“Yaponiya hökuməti Suzukinin Rusiyaya səfərinin tarixləri və məqsədləri barədə şərh verə bilməz. Suzukinin hansı məqsəd güdməsindən asılı olmayaraq, biz vətəndaşlarımızı Rusiya Federasiyasına səfərdən çəkinməyə çağırırıq”, – Hayaşi qeyd edib.
Onun sözlərinə görə, Yaponiya Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcək.