Qazax istiqamətində sərhədlərin dəqiqləşdirilməsindən sonra ərazinin təhvil verilməsi prosesi üçün Ermənistana vaxt verilmişdi”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Globalinfo.az “Neytral Zona” teleqram kanalına istinadən xəbər yayıb.
“Vaxt ermənilərin ərazidən köçməsi, alternativ yolların salınması və digər məsələlər üçün idi. Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi ərazinin tam nəzarətə götürülməsinə start verib”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, delimitasiya prosesinin qanuni tələbinə uyğun olaraq Qazax istiqamətində sərhədlər dəqiqləşdirilib, Kirants kəndi iki yerə bölünüb. Bir qədər əvvəl ermənilərin Kirants kəndində sərhəd divarı inşa etməsi ilə bağlı mediada görüntülər yayılmışdı.