Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.
“Qərb Xəbər” xəbər verir ki, günün ilk matçında lider “Qarabağ” “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma 14:00-da start götürəcək.
Günün son oyununda isə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Matç 16:30-da start götürəcək.
Azərbaycan Premyer Liqası, XIX tur
25 yanvar
14:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
Tovuz şəhər stadionu, 14:00
16:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun açılış matçında “Kəpəz” evdə “Qəbələ” ilə heç-heçə edib – 2:2. Tura yanvarın 26-da keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.