Bu gün Qəzzada atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılması üçün yaradılan Təmas Qrupunun Moskvada Rusiya rəsmiləri ilə danışıqları baş tutacaq.
“Qərb Xəbər”in məlumatına görə, bu barədə Türkiyə XİN-dən mənbələr bildirib.
Qeyd olunub ki, Qrup ilk səfərini dünən Pekinə edib. ÇXR xarici işlər naziri ilə görüş keçirilib. Təmas Qrupu sabah London və Parisdə də görüşlər keçirəcək.
Türkiyə ilə yanaşı Təmas Qrupuna Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Nigeriya, Qətər, İordaniya, Fələstin və İƏT-in baş katibi daxildir.
Təmas Qrupu noyabrın 11-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Ər-Riyadda keçirilən Birgə Zirvə toplantısı çərçivəsində alınan qərara əsasən yaradılıb.