Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi bu gecəyə təsadüf edir.
“Qərb Xəbər”in məlumatına görə, ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də, sonuncusu isə aprelin 27-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Xatırladaq ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb