Bu gün Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu, Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan, Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və Sumqayıt (II hissə) şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
“Qərb Xəbər”in məlumatına görə, imtahan saat 11:00-da başlanacaq.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1611 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 2005 nəzarətçi-müəllim, 198 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 96 bina nümayəndəsi ayrılıb.
Bu gün keçirilən imtahanda 21 337 şagirdin iştirakı nəzərdə tutulub.