Bu gün Gürcüstanın əsas dövlət bayramı – Müstəqillik Günü qeyd olunur.
Qerbxeber.com xatırladır ki, 106 il bundan öncə – 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib.
Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub. Gürcüstan dövlət müstəqilliyini 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.
Qeyd edək ki, bu gün əlamətdar gün münasibəti ilə paytaxt Tbilisidə hərbi parat, bölgələrdə isə müxtəlif genişmiqyaslı tədbirlər keçirilcək.