17 Noyabr-Milli Dirçəliş Günü-1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.
17 noyabr 1988 ci il Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı.5dekabr 1988-ci ildə Rus-sovet ordusu Azadlıq Meydanına hücum edərək , amansızlıqla xalqı dağıtdı, fəalları həbs etdi.
Azərbaycanın ən yeni tarixində bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.