ABŞ Prezidenti Cozef Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
“Qərb Xəbər” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlərin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində konstruktiv müzakirə aparacaqlarına dair prinsipial razılıq var.
Forumun dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb.
İ.Babayeva