Avtomobilin açarlarında mobil telefonlar və klaviaturaların səthindən dörd dəfə çox bakteriya var”.
Bu barədə Böyük Britaniyanın “Money Supermarket” maliyyə şirkəti araşdırma aparıb.
Tədqiqat zamanı elm adamları 2 minə yaxın avtomobil açarından istifadə olunub:
“Laboratoriya analizi üçün hər bir cihazın səthindən nümunələr götürülüb. Burada telefon ekranlarından, klaviaturalardan və hətta tualet oturacaqlarındalı ləkələrdən istifadə edilib. Orta hesabla telefon ekranında 66, klaviaturada isə 68 bakteriya aşkar edilib. Avtomobil açarlarında isə dörd dəfə çox – 241 növ mikroorqanizm aşkarlanıb”.
Məlumata görə, açarların səthində insan dərisində yaşayan “Staphylococcus epidermidis” bakteriyası olub:
“Bu, zərərsiz olsa da, əməliyyat keçirən, yaxud xəstəxanadakı insanlarda ağır infeksiyalara yol aça bilər”.
Globalinfo.az