Bu gün Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld Qazax rayonuna səfər edib.
Qerbxeber.com bildirir ki,səfər çərçivəsində Birləşmiş Krallığın Səfiri ilə Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində görüş keçirilib.
Görüşdə ADA Universitetinin prorektoru doktor Fariz İsmailzadə, Qazax Mərkəzinin magistr tələbələri, Bir Müəllimin Manifesti ixtisasartırma proqramının məzunları,Bakı Dövlət Universitetinin Qazax Fılialının tələbələri və Qazax rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər. Səfir Fergus Auld, Böyük Britaniya və Azərbaycan əlaqələrinə dair məruzə ilə çıxış edib.