Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını hazırlayıb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel məlumat verib.
“Biz bu vəsaitdən bir neçə mərhələdə istifadə etmək niyyətindəyik. Birinci mərhələ fevral ayında həyata keçirilib. Aktivlərdən gəlir əldə edən mərkəzi depozitorlarla bağlı qaydalar tətbiq edilib. Onları ayırmaq, müəyyən etmək və uçota almaq lazımdır”, – Borrell deyib.
Onun sözlərinə görə, gəlirlər ayrıca hesablardadır.
Borrell qeyd edib ki, dondurulmuş aktivlər ildə 3 milyard avroya qədər gəlir gətirə bilər.