Aİ Şurası təşkilat ölkələrinin xarici işlər nazirlərinin Budapeştdə qeyri-rəsmi görüşünü keçirməkdən imtina edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məlumat verib.
“İclasın yerini müəyyənləşdirmək hüququma uyğun olaraq qərara gəldim ki, 25 Aİ ölkəsi Macarıstanın mövqeyini pislədiyinə görə biz siqnal göndərməliyik. Macarıstanın Aİ-nin xarici siyasətinin birliyinə xələl gətirən davranışının rəsmi nəticələri olmalıdır. Buna görə də mən xarici işlər və müdafiə nazirlərinin növbəti görüşünü yay tətilindən sonra Brüsseldə çağırmaq qərarına gəldim”, – Borrell vurğulayıb.