Biz Avropa Komissiyasının hesabatını gözləməliyik, Avropa İttifaqı (Aİ) liderləri komissiyanın nə deyəcəyini təxmin edə bilməzlər.
“Qərb Xəbər” bildirir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Qranadada Gürcüstana namizəd statusunun verilib-verilməyəcəyinə münasibət bildirərkən deyib.
Bununla belə, Borrel komissiyanın Gürcüstanla bağlı dəyərləndirməsinə nikbin yanaşdığını vurğulayıb.
“Bildiyiniz kimi, qısa müddət əvvəl mən Gürcüstanda idim. Düşünürəm ki, mənim səfərim üzvlük prosesinin aktivləşdirilməsi istiqamətində yaxşı təkan idi. Mən nikbinəm, lakin sizə deyə bilmərəm ki, Avropa Komissiyasının qiymətləndirməsi necə olacaq”, – Borrel deyib.