Avropa İttifaqı (Aİ) genişlənmə ilə bağlı öhdəliklərini yerinə yetirməlidir.
“Qərb Xəbər” məlumat verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel deyib.
O, Gürcüstanın bu istiqamətdə uğur qazandığını və işləri davam etdirməli olduğunu əlavə edib.
“Genişlənmə bizim ən vacib xarici siyasətimiz, fundamental məsələdir.Uzun müddətdir ki, insanlar qarşısında öhdəliklərimiz var və biz bunların yerinə yetirilməsini sürətləndirməliyik. Gürcüstan yaxşı işləyir və uğur qazanıb. Gürcüstan işləməyə davam etməlidir, onlar yaxşı yoldadırlar”, – Borel deyib.
Xatırladaq ki, Aİ Şurasının 15-16 dekabr tarixlərində Gürcüstana namizəd ölkə statusu verməsi gözlənilir.