Dünya

BMT Təhlükəsizlik Şurası Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib

26 mart / 11:09 1 dəq
660130f44b09d660130f44b09e1711354100660130f44b09b660130f44b09c
26 mart / 11:09
Burada sizin reklamınız ola bilər

BMT Təhlükəsizlik Şurası Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Qerbxeber.com xəbər verir ki, qətnamə layihəsi 15 üzvdən ibarət BMT TŞ-də səsə qoyulub. Qanun layihəsi 14 “hə” və 1 “bitərəf” səsi ilə qəbul edilib. ABŞ səsvermədə bitərəf qalıb.

Danışıqlardan sonra qətnamə layihəsində “daimi atəşkəs” ifadəsi razılaşdırılıb. ABŞ nümayəndə heyəti son anda “daimi” ifadəsini “qalıcı” ilə əvəz edərək layihə mətninə dəyişiklik edilməsini istəyib. Rusiyanın səsvermədən əvvəl bəyanatın orijinal variantına dəyişdirilməsi ilə bağlı düzəliş təklifinə ABŞ tərəfindən veto edilib.

Qeyd edək ki, oktyabrın 7-dən sonra Qəzzada atəşkəs tələb edən qətnamə ilk dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı