MT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında yüzlərlə etirazçı əllərində şüarlar və İsrail bayraqları ilə HƏMAS-dan girovların azad edilməsi tələbi ilə nümayiş keçirib.
“Qərb Xəbər” bu barədə TASS-a istinadən xəbər verir.
Nümayiş iştirakçıları “Onları evə gətirin!”, “Biz İsrailin yanındayıq” şüarları səsləndiriblər.
Etiraz BMT Təhlükəsizlik Şurasında bir sıra ölkələrin, o cümlədən İsrail, Fələstin, Almaniya, ABŞ və Fransanın xarici siyasət idarələsi rəhbərlərinin iştirak etdiyi Yaxın Şərqdəki vəziyyətlə bağlı açıq müzakirəyə təsadüf edib.
Mələk.M