BMT Baş Assambleyasının Ukraynadakı son hadisələrə həsr olunmuş sessiyası öz işinə başlayıb.
Günün axşam saatlarında BMT Baş Assambleyanın Prezidenti Abdulla Şahidin sədrliyi ilə sessiya keçirilir.
Sessiyada iştirak edən Ukrayna XİN rəhbəri Dmitri Kuleba BMT-nin və beynəlxalq ictimaiyyətin sürətli, konkret və qətiyyətli addımlarına ehtiyac olduğunu vurğulayıb.
Sessiyanın proqramında Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin də çıxışı nəzərdə tutulub