“Yalnız qalıq yanacaqlardan istifadənin tam dayandırılması bəşəriyyətə Paris İqlim Sazişində təsbit olunmuş qlobal istiləşmənin 1,5 selsi dərəcə həddinə çatmağa imkan verəcək”.
“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.
“1,5 selsi dərəcə həddi yalnız bütün qalıq yanacaqları yandırmağı dayandırsaq realdır. Biz ondan mərhələli şəkildə imtina edəcəyik”, – o vurğulayıb.
O qeyd edib ki, dünya birliyinin ən pis iqlim xaosundan yan keçməyə imkan verəcək texnologiyaları var: “Lakin bunun üçün dərhal hərəkətə keçmək, liderlik, əməkdaşlıq və siyasi iradə lazımdır”.