Dünya

Blinken: Kosmosda nüvə partlayışı bütün peykləri məhv edə bilər

19 fevral / 08:59 1 dəq
65d262d58d86a65d262d58d86b170828667765d262d58d86865d262d58d869
19 fevral / 08:59
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin və Hindistanın xarici işlər nazirlərindən xahiş edib ki, Rusiya prezidenti Vladimir Putini kosmosda nüvə silahı yerləşdirmək planlarından çəkindirsinlər.

APA xəbər verir ki, bu barədə “New York Times“ məlumat yayıb.

Nəşrin yazdığına görə, Blinken bildirib ki, Çin liderləri Si Cinpin və Hindistanın baş naziri Narenda Modi Rusiya prezidenti Putini “fəlakətə çevrilə biləcək şeylərdən” çəkindirməlidirlər.

Mənbələr qeyd edib ki, həmkarları ilə söhbətində Blinken əlavə edib ki, kosmosda baş verən nüvə partlayışı təkcə ABŞ-ın deyil, Hindistan və Çinin peyklərini də sıradan çıxara bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı