“Bu gün Avropa İttifaqının 30 yaşı tamam olur. Onun təsisçisi Maastrixt Müqaviləsi 1993-cü il noyabrın 1-də qüvvəyə minib və bir çox nəsillərin sülhsevər və vahid Avropa ümidinə nail olub”.
“Qərb Xəbər” məlumat verir ki, Ukraynanın Pezidenti Volodymyr Zelenskyy “X” hesabıda paylaşım edib.
Avropanın İttifaqının boz zonalar olmadan, bütün qitəni əhatə etməsi lazımdır. Bizim siyasi nəsil bunu təmin etməyə qadirdir və əminəm ki, biz belə bir xüsusi anı qaçırmayacağıq.
Biz bu il Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlarla bağlı siyasi qərara gəlmək üçün bütün səylərimizi göstəririk. Qoy Ukraynanın Aİ optimizmi bütün Avropa üçün daha sabit gələcəyə xidmət etsin!