Mayın 3-ü, saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası qazaxlı tamaşaçılar üçün nümayiş etdirilib.
Qerbxeber.com xəbər verir ki,tamaşaçılar tərəfindən maraqla qarşılanan və alqış sədaları ilə müşayiət edilən səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur.
Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan əsərdə hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə (ailələrdə) yaşanan aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilir.
Rövşən Ağayevin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Afiq Məmmədovdur.
Rolları aktyorlar Rüfət Ömər və Zəmanə Dərviş ifa edirlər.